Ağcabədi və Tərtər rayonlarına ümumilikdə altı milyon manat ayrılıb

10:24 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə,  yaşayış binalarının təmiri və abadlıq işlərinin həyata keçirilməsi üçün Ağcabədi və Tərtər rayonlarına ayrılıqda üç milyon manat ayrılıb.

Sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Tərtər rayonuna 20 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması (1,5 milyon manat) və abadlıq-quruculuq işlərinin davam etdirilməsi (1,5 milyon manat) üçün 3 milyon manat ayrılıb.

Digər sərəncama əsasən, Prezidentin Ehtiyat Fondundan Ağcabədi rayonuna  25 çoxmənzilli binanın əsaslı təmirinə başlanılması (2 milyon manat) və abadlıq-quruculuq işlərinin davam etdirilməsi (1 milyon manat) üçün 3 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə hər iki Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

 

Вся лента