Bakıda “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” keçirilib

16:52 - 20.05.2019


20 may, Fineko/abc.az. Bakıda Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası” öz işinə başlayıb.

İclasda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və  Avropa Banklar Federasiyasının siyasəti üzrə Baş İcraçı direktoru Sebastiyan  De  Brauver  çıxış edib.

Azərbaycan Banklar Assosiasiyasının təklifinə əsasən tədbirin gündəliyinə daxil olunan məsələlər sırasında rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı, girovun realizasiyası,  məhkəmə qərarlarının icrası sahəsində tətbiq olunan yeniliklər və innovativ metodlar ətrafında geniş fikir mübadiləsi aparılıb, Avropa bankları bu istiqamətdə öz təcrübələrilə bölüşüblər.

İclasın sonunda ABF-nın 49-cu iclasının Brüsseldə keçirilməsi qərara alınıb.

Вся лента