PAŞA Bankın ümumi kredit portfelində 26% artım müşahidə olunub

14:45 - 21.05.2019


21 may, Fineko/abc.az. PAŞA Bank 2018-ci ildə ümumi kredit portfelini 26% artıraraq 1,780,782 min manata (2017: 1,413,992 min manat) çatdırmış və kreditləşmədə ciddi artım əldə edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 2,8% (2017: 4,5%) təşkil etmişdir.

2018-ci ildə qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2017-ci illə müqayisədə 7.2%-dən 5.9%-ə düşmüşdür.

Bankın müştəri depoziti bazasını 2018-ci ildə 3,953,952 min manata çatdırmışdır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur (2017: 2,889,961 min manat). Müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 75% və 25 % nisbətində cəmlənmişdir (2017: 64% and 36%).

 

Вся лента