Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

15:55 - 21.05.2019


21 may, Fineko/abc.az. Mayın 21-də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Görüşdə Səfər Mehdiyev Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin sərhədlərin təhlükəsizliyinin gücləndirilməsinə, əmtəə və xidmət keçidlərinin asanlaşdırılmasına mühüm töhfə verdiyini bildirib.

Birgə gerçəkləşdirilən layihələri bütövlükdə BMT İnkişaf Proqramının Gömruk  Komitəsinə xüsusi diqqət və qayğısının təzahürü kimi qiymətləndirən Səfər Mehdiyev, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu qeyd edib.

 

Вся лента