Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib

17:01 - 21.05.2019


21 may, Fineko/abc.az. Prezident İlham Əliyev mayın 21-də “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Fərman imzalayıb.

Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamalı, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və icrası barədə 5 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, həmçinin Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Вся лента