Respublika Seysmoloji Xidmət Mərkəzində “Eduroam” xidməti yaradılıb

10:47 - 22.05.2019


22 may, Fineko/abc.az. Respublika Seysmoloji Xidmət Mərkəzinin şəbəkə infrastrukturunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “AzScienceNet” elm-kompüter şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam (education roaming) serverinə qoşulması təmin olunub.

AMEA-dan bildirilib ki, mərkəzdə, həmçinin Wi-Fi və “Eduroam” xidmətlərinin yaradılması işləri həyata keçirilib.

GEANT tərəfindən təqdim edilən “Eduroam” xidməti alim, tədqiqatçı, müəllim və tələbələrin internetə təhlükəsiz və sərbəst çıxışını təmin edən beynəlxalq rominq xidmətidir.

 

Вся лента