Şahin Mustafayev Martina Daliç ilə görüşdü

11:52 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Xorvatiya Respublikasının Baş nazirinin müavini Martina Daliç  ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən xəbərə əsasən, görüşdə nazir Mustafayev, Azərbaycanla Xorvatiya arasında münasibətlərin inkişaf etdiyini vurğuladı.

“2013-cü ildə iki ölkə arasında strateji tərəfdaşlığa dair bəyannamə imzalanmışdır. Dünən Bakıda Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın ilk iclasının keçirilməsi əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətlidir. Ölkələrimiz Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində əməkdaşlıq edir. Azərbaycan və Xorvatiya arasında sənaye, gəmiqayırma, neft-kimya, əczaçılıq, tranzit, turizm, kənd təsərrüfatı, ticarət sahələrində əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. Ölkələrimiz arasında turizm sahəsində əlaqələrin inkişafı üçün birbaşa reyslər açıla bilər”, -  deyə nazir Ş.Mustafayev bildirib.

Xorvatiya Respublikasının Baş nazirinin müavini, İqtisadiyyat, sahibkarlıq və peşə naziri xanım Martina Daliç Azərbaycana səfərindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

 

Вся лента