“Azərsu” ASC Şamaxı və Ağsunun 5 kəndində içməli su layihələrinin icrasına başlayıb

16:31 - 22.05.2019


22 may, Fineko/abc.az. “Azərsu” ASC tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb.

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. İndiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 km su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

 

Вся лента