Azərbaycan prezidenti Türkiyənin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – YENİLƏNDİ

15:45 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.

Prezident İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan arasında keçirilən üçtərəfli görüşü yüksək qiymətləndirib.

“Üçtərəfli əməkdaşlıq formatlarında Azərbaycan və Türkiyənin iştirak etməsi həm Bakı  ilə Ankara arasında ikitərəfli münasibətlərin genilşləndirilməsi, həm də çoxtərəfli əməkdaşlığın inkişafı üçün şərait yaradır”, - deyə İ.Əliyev vurğuladı.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Azərbaycan və Türkiyənin iştirak etdiyi reallaşdırılan irimiqyaslı layihələrin, o cümlədən, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) tikintisini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışının əhəmiyyətini qeyd etdi. 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Вся лента