Çərşənbə günü ticarətin düşməsindən sonra neft bazarında azalma davam edir

10:08 - 23.05.2019


23 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,66 ABŞ dolları və yaxud 0,88% enərək bir barelə 74,20 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 1,71 dollar (2,71%) düşərək bir barelə 61,42 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə axşamı günü saat 09:20-də 0,38 dollar (0,62%) enərək 61,04 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 1,19 dollar (1,65%) enərək bir barelə 70,99 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə axşamı günü saat 09:20-də 0,48 dollar (0,68%) enərək bir barelə 70,51 dollar təşkil etmişdir.

 

Вся лента