MİDA növbəti dövlət-özəl tərəfdaşlığı layihəsinə 22 mln. manat investisiya cəlb edəcək

12:33 - 24.05.2019


24 may, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi dövlət-özəl tərəfdaşlığı layihələrini reallaşdırmaqda davam edir.

Belə ki, dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi məqsədilə keçirilmiş investisiya müsabiqəsinin qalibi “AS Tikinti” MMC (www.asgroup.az) olmuşdur.

“AS Tikinti” MMC  Yasamal rayonu ərazisində 15,4 ha ərazidə 6 ədəd çoxmənzilli yaşayış binasının inşasını reallaşdıracaq. Bu binaların tikintisi üçün investisiyanın ümumi həcmi 20 milyon manata yaxın təşkil edir.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 6 binada yerləşən mənzillərdən 100-ü Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq.

Yaşayış Kompleksinin ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi isə “ENGİNET” MMC (www.enginet.az) olmuşdur. Bu şirkət tərəfindən yaşayış massivlərinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1,5 milyon manatdan çox investisiya cəlb ediləcək.

Вся лента