Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb

15:37 - 24.05.2019


24 may, Fineko/abc.az. Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Görüşdə əlaqələrin mövcud vəziyyəti və gələcək istiqamətləri ətraflı müzakirə olunub.

Daha sonra nazir Sahil Babayev və M.Topilin tərəfindən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Saziş iki nazirlik arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi problemlərinin normativ hüquqi tənzimlənməsi, əhali sakinliyi və demoqrafik inkişaf məsələləri daxil olmaqla insan ehtiyatlarının planlaşdırılması və inkişafı, işçi qüvvəsinin keyfiyyətinin artırılması, o cümlədən peşə standartlarının hazırlanması və tətbiqi istiqamətlərində əməkdaşlığı nəzərdə tutur.

 

Вся лента