Müdafiə naziri Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

30.11.2017,15:11


30 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən xəbərə əsasən, tərəflər Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, həmçinin, Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə etdilər.

“Görüş əsnasında Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulandı, təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət  ekspert qruplarının qarşılıqlı səfərlərinin, həmçinin, Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı”, - nazirliyin məlumatında belə deyilir.