“Azərenerji” Şirvan şəhərindən çəkilən yüksəkgərginlikli xətti istismara verib

11:54 - 27.05.2019


27 may, Fineko/abc.az. “Azərenerji” ASC Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 330 kilovoltluq bazada çəkdiyi 220 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib.

Bildirilib ki, indi Mingəçevir və ya Səngəçaldakı elektrik stansiyalarından qidalanaraq şəhərə daxil olan yüksəkgərginlikli xətlərdə hansısa problem yaranarsa, Şirvan şəhərindəki “Cənub” Elektrik Stansiyasından birbaşa çəkilən yeni xətt Bakı və Abşeron yarmadasının enerji təchizatında xüsusi rol oynayacaq.

Bundan əlavə, yeni xətt istismara verildiyinə görə, şəhərə daxil olan digər yüksəkgərginlikli xətləri açmaq və yükü digər xəttin üzərinə keçirməklə şəhərə verilən enerjini dayandırmadan onların üzərində təmir-bərpa işləri aparmaq mümkün olacaq.

 

Вся лента