Pərviz Şahbazov “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat üzrə Baş Vitse-prezidenti ilə görüşüb

16:04 - 29.05.2019


29 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov mayın 29-da  “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat üzrə Baş Vitse-prezidenti Tore Loset ilə görüş keçirib.

Görüşdə Tore Loset neft-qaz layihələri ilə yanaşı “Equinor” ilə əməkdaşlığın yeni istiqaməti kimi bərpa olunan enerji sahəsi üzrə nəzərdə tutulan tədbirlər barədə məlumat verib.

Həmçinin Energetika naziri Pərviz Şahbazov ölkədə bərpa olunan enerji sahəsinin inkişafı, bu sahəyə investisiya qoyuluşunun təşviqi ilə bağlı həyata keçirilən tədbirlər barədə danışıb.

Beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun, nümunəvi enerji alqı-satqı müqaviləsinin və bərpa olunan enerji mənbələri üzrə qurğuların elektrik enerjisi şəbəkəsinə qoşulmasına dair qaydalarının ilkin layihələri nazirliyə təqdim olunub və hazırda bu sənədlər üzrə müzakirələr aparıldığını qeyd edib.

Вся лента