2020-ci ildə Azərbaycanın qaz hasilatı illik 40 mlrd. kubmetri ötəcək

11:02 - 30.05.2019


30 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı qeyd edib ki, ölkənin qaz istehsalında mühüm rolu olan Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağından istehsal cari ildə ötən ilə görə 6 milyard kubmetr artacaq.

2020-ci ildə isə yataqdan istehsal 2018-ci illə müqayisədə 8,5 milyard kubmetr çoxalacaq və beləliklə də, gələn ildə ölkənin təbii qaz hasilatı illik 40 milyard kubmetrə çatacaq.

 

Вся лента