Aprel ayında milli valyutada olan kreditlər 1,4% artıb

16:55 - 30.05.2019


30 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, 30 aprel 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,769.1 mln. manat olub.

Aprel ayına sektorun aktivlərinin 42.6%-ni kredit portfeli təşkil edir. Ay ərzində xalis kredit portfeli 0.3% (30.3 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,674.8 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub.

Belə ki, ay ərzində milli valyutada kreditlər 1.4% (110.9 mln. manat) artaraq 8,093.9 mln. manata çatıb.

 

Вся лента