330x100
 

Azərbaycanda internetin qiyməti ucuzlaşacaq

31.05.2019,12:00


31 may, Fineko/abc.az. “İnnovasiya Festivalı” çərçivəsində mayın 31-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst&Young” şirkətinin təşkilatçılığı ilə Azərbaycanda “EU4Digital” proqramının təqdimatı baş tutub.

Tədbirdə çıxış edən "Ernst&Young” audit şirkətinin nümayəndəsi Arturas Piliponis Azərbaycanda internetin qiyməti daha da ucuzlaşacağını və bu "Eu4Digital" layihəsinin icrası ilə mümkün olacağını bildirib.

Yüksəksürətli internetin əlçatanlığını təmin etmək üçün rəqəmsal transformasiya önəmlidir. Bu transformasiya təkcə Azərbaycanda deyil, bütün region üçün əhəmiyyətlidir və biz bunun üçün çalışırıq - deyə şirkət nümayəndəsi qeyd edib.

O, həmçinin əlavə edib ki, “Eu4Digital” layihəsinə Dövlət Gömrük Komitəsi, Səhiyyə və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri daxil olmaqla demək olar ki, bütün dövlət qurumları qoşulacaq.