Bakıda “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu keçirilir

11:52 - 3.06.2019


3 iyun, Fineko/abc.az İyunun 3-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” forumu (“MAINTECH-2019”) keçirilir.

“MAINTECH-2019”da yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr keçirilir.

Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələr iştirak edir.

 

Вся лента