Qazaxıstanla Azərbaycan arasında sərnişin avtomobil əlaqəsi yarana bilər

11:40 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Bakıda beynəlxalq avtomobil daşımaları məsələləri üzrə Azərbaycan-Qazaxıstan qarışıq komissiyasının iclası keçirilib.

Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin məlumatına əsasən, iki ölkə arasında avtomobil sərnişin daşımalarının həyata keçirilməsi məsələsinə baxılacaq.

“Nümayəndə heyətləri, 2017-ci ildə avtomobil daşımalarının həcmləri haqqında, həmçinin, xüsusi icazələrin alınmasına dair məlumat mübadiləsi aparıb və bir sıra digər məsələləri müzakirə edib”, - məlumatda belə deyilir.

Qeyd edilmişdir ki, icazələrdən istifadə zamanı, Qazaxıstan və Azərbaycan daşıyıcıları arasında paritetliyə riayət olunur.

Belə ki, üçüncü ölkələrə / ölkələrdən daşımalarda Azərbaycan daşıyıcıları, tranzit daşımalarda isə Qazaxıstan daşıyıcıları üstünlük təşkil edir.

Tərəflər, 2018-ci il üzrə  ikitərəfli daşımalar və tranzit keçidi üçün,  1000 ədəd həcmində icazələrin ilkin mübadiləsini  təyin etməyi razılaşdırıblar. Üçüncü ölkələrə / ölkələrdən daşımalar üçün icazələr 300 ədəd miqdarında razılaşdırılıb.

 

Вся лента