330x100
 

SOCAR-ın cəmi kapitalı 24 mlrd. manata çatıb

04.06.2019,15:06


4 iyun, Fineko/abc.az. Audit olunmuş maliyyə hesabatlarına görə SOCAR Qrupunun ümumi aktivləri ötən il 62,1 milyard, bunun müqabilində ümumi borc öhdəlikləri 13,7 milyard manat təşkil etmişdir.

Şirkətdən verilən məlumata görə, SOCAR-ın cəmi kapitalı əvvəlki illə müqayisədə artaraq 24 milyard  manata çatmışdır.

Qeyd edilir ki, son 10 ildə SOCAR-ın ümumi gəlirləri 24, cəmi kapitalı isə 3 dəfədən çox artıb. SOCAR-ın 31.12.2018-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına əvvəlki illərdə olduğu kimi nüfuzlu beynəlxalq audit şirkətlərindən Ernst & Young Holdings (CIS) B.V. müsbət rəy vermişdir.