Azərbaycanda istifadəyə yararsız çimərliklərin adları açıqlanıb

16:36 - 4.06.2019


4 iyun, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov bir sıra çimərliklərdə çirklənmə yüksək həddə çatdığından insanlar üçün təhlükəli hesab edir.

Onun sözlərinə görə, çimərlik sahələrində keçirilən monitorinqlərdən və aparılan analizlərin nəticələrinə görə Türkan, Hövsan, Şıx çimərliyi, Qaradağ rayonunun Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun deyil.

Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zuğulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.

“Hazırda Xəzər dənizinin cənub və şimal bölgələrində də monitorinqlər həyata keçirilir, su və dib çöküntüləri nümunələri üzərində təhlillər aparılır". –deyə Ərəstun Həsəsnov qeyd edib.

Вся лента