Mərkəzi Bank faiz dərəcəsini 8,5% qədər azaldıb

10:57 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 7-dən etibarən uçot dərəcəsini endirdi.

Mərkəzi Bankdan xəbər verilir ki, uçot dərəcəsini 8,75%-dən 8,5%-dək azaltmağı qərara alınmışdır.

Faiz dəhlizinin aşağı həddi 6,75%-dən 6,5%-dək, yuxarı həddi isə 10,75%-dən 10,5%-dək endirilmişdir. Bu qərar 7 İyun tarixində qüvvəyə mindi.

AMB-nin məlumatında deyilir ki, son aylarda neft qiymətlərinin sabitləşməsi, aşağı inflyasiya və sabit makroiqtisadi vəziyyət uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsinə imkan verib.

“Hazırkı makroiqtisadi şəraitdə uçot dərəcəsinin azalması real faiz dərəcələrinin pozitiv zonada qalması ilə izah olunur ki, bu da xarici və daxili inflyasiya risklərinin neytrallaşmasına səbəb olur. Gələcəkdə pul siyasətinin reaksiyası real və proqnozlaşdırılan inflyasiya arasında fərqlərdən, inflyasiya gözləntiləri, xarici mühitdəki dəyişikliklər və maliyyə bazarlarının bu dəyişikliklərə reaksiyasından asılı olacaq”, - məlumatda belə deyilir.

Məlumatda qeyd olunub ki, uçot dərəcəsi məsələsini nəzərdən keçirəcək növbəti iclas 26 iyul 2019-cu il tarixində keçiriləcəkdir.

Bu, AMB-in 2019-cu ildə uçot dərəcəsinin dördüncü endirməsidir. Daha əvvəl bildirildiyi kimi, 2019-cu il fevralın 1-də Mərkəzi Bank uçot dərəcəsini 9,75%-dən 9,25%-ə, martın 15-də 9,25% -dən 9%-ə, aprelin 26-da isə 9%-dən 8,75%-ə endirildi.

2018-ci ildə dərəcəsi tədricən 15%-dən 9,75%-ə endirildi.

12 fevral 2018-ci ildə Mərkəzi Bank uçot dərəcəsini 15% -dən 13% -dək azaldıb. 9 aprel 2018-ci ildə dərəcə 13% -dən 11% -dək azaldı. 14 iyun 2018-ci ildə dərəcə 11%-dən 10%-ə endirildi. 1 avqust 2018-ci ildə bankın faiz dərəcəsini 10% səviyyəsində saxlamağa qərar verdi. 2018-ci il 30 oktyabr tarixində  faiz dərəcəsi 10%-dən 9,75%-ə endirildi. 2018-ci il dekabrın 26-da Mərkəzi Bankın İdarə Heyəti dərəcəni 9,75% səviyyəsində saxlamağa qərar verdi.

 

 

Вся лента