AMB: İnflyasiya proqnozlaşdırılan trayektoriyada dəyişir

11:16 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Aprel ayının sonuna illik inflyasiya 3.1% təşkil etmişdir.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir ki, inflyasiya gözlənilən trayektoriyada dəyişir.

“2019-cu ilin aprel ayında 12 aylıq inflyasiya hədəf çərçivəsində olmaqla 3.1% təşkil etmişdir. Ərzaq və xidmətlər üzrə qiymət artımı (müvafiq olaraq 3.5% və 3.8%) hədəf intervalında formalaşmışdır”, - AMB-in məlumatında belə deyilir.

Məlumatda deyilir ki, proqnozlar 2019-cu ilin sonuna inflyasiyanın hədəf daxilində (4±2%) qalacağını göstərir.

Azərbaycan hökuməti 2019-cu il üçün orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.

2018-ci ildə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.

 

Вся лента