Azərbaycanın strateji valyuta ehtiyatları aprel ayının sonunda 47,5 milyard dollar təşkil edib

11:29 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Azərbaycanın strateji valyuta ehtiyatları 2019-cu ilin yanvar-aprel aylarında 6.2% artaraq 47.5 mlrd. dollara çatmışdır.

AMB-in məlumatında deyilir ki, bu artım, ödəmə balansının profisitlə formalaşdığını göstərir.

31 mart 2019-cu il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları 46,7 milyard dollar təşkil edib, nəticədə apreldə Azərbaycanın strateji valyuta ehtiyatları 0,8 milyard dollar artıb.

AMB xarici bazarlarda müsbət tendensiyanın saxlandığını bildirdi.

“Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib, ixrac isə 25,4%, o cümlədən qeyri-neft ixracının həcmi 19,9% artıb», - AMB-in məlumatında belə deyilir.

Azərbaycanın strateji valyuta ehtiyatları Azərbaycan Mərkəzi Bankının ehtiyatlarından, Dövlət Neft Fondunun (ARDNF) aktivləri və Maliyyə Nazirliyinin xəzinədarlıq fondlarından formalaşır.

 

Вся лента