“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ukraynalı həmkarı ilə görüşüb

12:22 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Almaniyanın Münxen şəhərində keçirilən “Nəqliyyat və logistika” sərgisində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun “Ukrayna Dəmir Yolları” SC-nin idarə heyətinin sədri Yevgeniy Kravtsovla görüşü olub.

Görüşdə iki qurum arasında əlaqələr, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin, Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, hər iki ölkənin ticarət dövriyyəsinin artırılması üçün beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından istifadə məsələlərinə diqqət yetirən tərəflər, tranzit marşrutlarının gücləndirilməsi istiqamətində görülən işlərin olduqca təqdirəlayiq olduğunu vurğulayıblar.

 

Вся лента