Gələn aydan Bakı-Batumi avtobus reysi açılır

11:50 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksi xəbər verir ki,  iyuldan etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı-Batumi avtobus reysi həyata keçiriləcək.

Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri yerli vaxtla saat 10:00-da olacaq. Biletin bir istiqamət üzrə qiyməti 40 AZN təşkil edir.

Qeyd olnur ki, beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Вся лента