ABŞ-ın Standartlar və Texnologiyalar üzrə Milli İnstitutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti

12:05 - 10.06.2019


10 iyun, Fineko/abc.az. “Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions şirkəti SIM kart üzərində elektron rəqəmsal imzanın həllini təklif edən və eyni zamanda standartlaşdırma üzrə qabaqcıl Amerika institutu tərəfindən tanınan ilk Azərbaycan şirkəti olaraq ictimai təhlükəsizlik üçün SIM kartın istifadəsinin genişləndirilməsi texnologiyasını əlavə olaraq inkişaf etdirməyi təklif etmişdir. Yuxarıda qeyd olunan tanınma isə yüksək ekspertizanın nəticəsi hesab edilə bilər.

Standartlar və Texnologiyalar üzrə Milli İnstitutun İctimai Təhlükəsizlik Sahəsində Tədqiqatlar Departamenti məsələlərin ikinci mərhələsində iştirak üçün bütün dünyadan 20 şirkəti seçmişdir. Bu zaman proqramın qeydiyyat verilənlərinin saxlanılması üçün təhlükəsiz konteyner qismində SIM kartın istifadə imkanlarının öyrənilməsi üçün texniki qrupa kömək məqsədilə müraciət etmişdir.

Problemin həlli üçün B.EST Solutions şirkəti mobil qurğularda verilənlərin istifadə imkanlarının genişləndirilməsi və ictimai təhlükəsizliyinin yüksəldilməsi üçün SIM kartın istifadəsi məqsədilə identifikasiya sənədlərinin (pasportlar, identifikasiya kartları, sürücülük vəsiqələri) təqdim edilməsi prosedurunu işləyib hazırlayır. B.EST Solutions şirkətinin başlıca missiyası Azərbaycan Respublikasının vətəndaşları və şirkətlərinin xeyrinə texnologiyaların təqdim edilməsi hesab edilir.

“Asan İmza”- Azərbaycanın milli identitetidir və vətəndaşlar ASAN Xidmət Mərkəzlərinə, Azercell, Bakcell, Azerfon və Pasha Bank-a müraciət edərək onu əldə edə bilərlər. ASAN İmza vasitəsilə 90 milyondan artıq tranzaksiya həyata keçirilmişdir ki, bu da insanların rəqəmsal həyatını daha asan, təhlükəsiz və rahat edir. Siz mobil imzadan gecə-gündüz fəaliyyətdə olan, tez, təhlükəsiz və asan yolla istifadə edərək bank, vergi və dövlət sektorlarında mövcud olan 650-dən çox elektron xidmətdən yararlana bilərsiniz. “Asan İmza” sayəsində Azərbaycan elektron identifikasiya üzrə kibertəhlükəsizlik sahəsində aparıcı ölkələrdən biri sayılır. Ətraflı məlumatı www.asanimza.az saytından əldə etmək mümkündür.

B.EST Solutions “Asan İmza” rəqəmsal elektron imzanın etibarlı partnyorudur. Bu layihənin idarə edilməsi sahəsində onun əməkdaşları mükafatlandırılmış və Google, Financial Times, ABŞ-ın Dövlət Departamenti və Almaniya Marşal Fondu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən tanınmışdır. "B.EST Solutions" bütün dünyada böyük konfranslarda Azərbaycanı təbliğ və təmsil edir, Azərbaycanın milli zənginliyini artırmaq üçün xarici sərmayə və sərhədyanı ticarətlə əməkdaşlığı gücləndirir.

Milli Standartlar və Texnologiya İnstitutu ABŞ –ın Ticarət Nazirliyi nəzdində Federal Agentlikdir. 1901-ci ildə yaradılan və hazırda ABŞ-ın Ticarət Nazirliyinin bir hissəsi olan İnstitut, ölkədəki ən qədim elmi laboratoriyalardan biridir. Bu laboratoriyaların missiyası məhsuldarlığı artırmaq, ticarətin inkişaf etdirilməsi və həyatın keyfiyyətinin yaxşılaşdırılması üçün ölçmələr, standartlar və texnologiyaların işlənib hazırlanmasından ibarətdir.  

İntellektual elektrik şəbəkələrindən və elektron tibbi qeydlərdən tutmuş atom saatları, müasir nanomateriallar və kompüter çiplərinə qədər – saysız-hesabsız mal və xidmətlər bu İnstitut tərəfindən təqdim edilən texnologiya, ölçmə və standartlardan müəyyən dərəcədə asılıdır.

Вся лента