Ötən ay Dövlət Gömrük Komitəsi büdcəyə 341 mln.manat vəsait köçürüb

12:27 - 10.06.2019


10 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, cari ilin mayında komitə tərəfindən dövlət büdcəsinə daxilolmalar 341 638 min manat təşkil edib.

Qeyd edilir ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 89 138 min manat, əlavə dəyər vergisi üzrə 228 733 min manat, aksizlər üzrə 20 141 min manat, yol vergisi üzrə isə 3 625 min manat olub.

 

Вся лента