Pərviz Şahbazov “Mərkəzi Azəri” platformasına baş çəkib

17:19 - 10.06.2019


10 iyun, Fineko/abc.az.  Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov və digər nümayəndələrin iştirakı ilə platformanın ərazisinə baxış keçirib, platformanın fəaliyyəti ilə tanış olub.

Qeyd edilir ki, Q.Counz “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun cari vəziyyəti, “Mərkəzi Azəri” platformasında aparılmış profilaktik təmir işləri, platformada qurulmuş müasir texniki, təhlükəsizlik sistemi və planlaşdırılan yeni tədbirlər barədə məlumat verib.

Səfər zamanı həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti mərhələsi olan “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində görüləcək işlər diqqətə çatdırılıb.

Вся лента