Energetika nazirinin müavini Beynəlxalq Enerji Xartiyası Forumunda iştirak edəcək

11:02 - 11.06.2019


11 iyun, Fineko/abc.az. İyunun 13-də Albaniyada keçiriləcək Beynəlxalq Enerji Xartiyası Forumunda Azərbaycanı Energetika nazirinin müavini Samir Vəliyev təmsil edəcək.

Energetika Nazirliyindən verilən məlumata görə, nazir müavininin “Enerji şaxələndirilməsi, bərpaolunan enerji və enerji səmərəliliyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə 1994-cü ildən etibarən əməkdaşlıq edir. Ötən il ölkəmiz Beynəlxalq Enerji Xartiyasına (Haaqa II sənədinə) qoşulub. 2020-ci ildə Azərbaycan Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik edəcək və bu çərçivədə cari ildə Bakıda Beynəlxalq Enerji Xartiyası Forumunun keçirilməsi planlaşdırılır.

 

Вся лента