Ötən il Bank of Baku-nun xalis əməliyyat mənfəəti azalıb

12:24 - 11.06.2019


11 iyun, Fineko/abc.az. “Bank of Baku”-nun 2018-ci il IV rübündə xalis əməliyyat mənfəətləri xeyli azalıb. Azərbaycan Banklar Asssosiyasının (ABA) açıqladığı hesabata görə, adıçəkilən bankın sözügedən tarixlərdə xalis əməliyyat mənfəətlərində 26 milyon manat kəsiri olub.

“Bank of Baku”-nun xalis əməliyyat mənfəətində 2018-ci ilin 3-cü rübündə də azalma nəzərə çarpıb. Bu dövrdə isə azalma 23 milyon 600 min manat olub.

Müqayisə üçün qeyd edək ki, bank 2017 və 2016-cı illərdə xalis əməliyyat mənfəətini artıqlaması ilə başa vurub.

 

Вся лента