Bugün Bakı Ekspo Mərkəzində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans təşkil ediləcək

12:30 - 11.06.2019


11 iyun, Fineko/abc.az. Bugün saat 14:00-dan 16:00-dək Bakı Ekspo Mərkəzində “TransCaspian” sərgisinin çərçivəsində “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfransın təşkil ediləcək. Sözügedən konfrans aparıcı sektor mütəxəssislərinin beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivlərini və optimallaşdırma yollarını, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rolu müzakirə etmələri üçün yaxşı fürsətdir.

Konfransın sessiyaları çərçivəsində “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “İpək yolunun bərpası və dövlətlər arasında ticarət əlaqələrinin inkişafında əhəmiyyəti”, “Azərbaycanda logistika şəbəkəsinin inkişaf strategiyası”, “Beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük axınının optimallaşdırılması” mövzuları müzakirə olunacaq. Spikerlər sırasında: TRACECA Hökumətlərarası Komissiyasının milli katibi – Akif Mustafayev, Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi – Rüfət Bayramov, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin istismar xidmətinin müdiri – Yucin Si, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnogiyalar Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri – Azər Əliyev.

Tədbirə qeydiyyatdan link vasitəsi ilə keçmək olar:https://transcaspian.az/en-meetingscompanies/

Вся лента