“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edir

14:10 - 11.06.2019


11 iyun, Fineko/abc.az. "Microsoft" 12-14 iyun tarixlərində Bakıda keçiriləcək Dünya Gömrük Təşkilatının İT üzrə tədbirini - WCO IT/TI 2019 Konfrans və Sərgisini dəstəkləyənlərdən biridir.

Təşkilat ilk dəfə olaraq dövlət və özəl sektoru bir araya toplayır. Builki tədbirin əsas mövzusu "SMART-ticarət, səyahət və nəqliyyat üçün yeni imkanlar" adlanır.

"Microsoft" da öz növbəsində dünya üzrə gömrük qurumlarının E-Gömrük və E-Ticarət sahələrində işlərini daha da sadələşdirməkdə yardım edir. Bununla da şirkət əməliyyatların azaldılması, təhlükəsizliyin artırılması üçün sadələşdirilmiş, standartlaşdırılmış, müasirləşdirilmiş gömrük və ticari həllər təklif edir. Məlumatların təhlükəsiz ötürülməsi və birgə iş üçün yaradılmış "Milli tək pəncərə" sistemi və risklərin qiymətləndirilməsinə əsaslanmış yanaşma "Microsoft" tərəfindən gömrük qurumlarına təklif olunan həllərdən sadəcə ikisidir. "Microsoft"un məqsədi IoT, süni intellekt və blokçeyn kimi ən son innovasiyaları gömrük qurumlarına əlçatan etməkdir.

  • "Microsoft" 2019 WCO IT/TI Konfransda əşyaların interneti barədə danışacaq. IoT məhsullar və istehsalçılar haqqında məlumatı real zamanda istehlakçıya çatdıran həlldir. Şirkət, gömrük qurumlarının IoT, blokçeyn kimi həllər vasitəsilə əldə edə biləcəyi gəliri müzakirə edəcək.
  • “Techtalk”da isə "Mirosoft" ən son texnologiyaların E-Gömrük və E-Ticarətdə risklərin idarə olunması strategiyasının qurulmasında istifadəsini təqdim edəcək.
  • Tədbirlə bağlı təşkil olunacaq sərgidə isə “Microsoft” E-Gömrük və e-Ticarət həllərini təqdim edəcək. Həmçinin, burada “HoloLen” vasitəsi ilə “qarışıq reallığ”ı kəşf etmək imkan əldə edəcəksiniz.

 

Вся лента