Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır

14:45 - 11.06.2019


11 iyun, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" SC arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.

"Transmaşholdinq" SC ilə  müqaviləyə görə il ərzində metropoliten üçün daha 20 vaqon istehsal ediləcək.

Qeyd edilir ki , yeni vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir.

 

Вся лента