BP və layihələr üzrə tərəfdaşları Azərbaycanda arıçılığın inkişafına 3 milyon manatdan çox məbləğ ayırırlar

16:33 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları  Azərbaycanda kənd icmalarında arıçılığın, habelə bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafı üçün  “Şirin Qızıl” layihəsinin reallaşdırılmasına 3,3 milyon manat ayırdılar.

“Bu istiqamətdə 2017-ci ilin mart ayında 18 icmanı əhatə edən pilot layihəsinin uğurla yerinə yetirilməsi ilə bağlı, “Şirin qızıl” layihəsinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz (Gary Jones) öz çıxışında qeyd edib ki, “Şirin qızıl” layihəsi hökumətin qeyri-neft sektorunun inkişaf etdirmək səylərinə dəstəkdir və kənd icmalarının gəlirlərinin artırılmasına və yeni bacarıqların əldə edilməsinə yönəldilib.

BP-nin məlumatına görə, indiyə qədər pilot layihə çərivəsində  Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Hər təsərrüfat 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib.

Layihənin ikinci fazasında bu sahəyə sosial investisiyanın artırılması nəzərdə tutulub. Həmin faza 2020-ci ilə qədər davam edəcək.

Layihənin qiyməti 3,3 milyon manat, o cümlədən 400 min manat  pilot layihənin qiyməti, 2,9 milyon manat isə layihənin ikinci fazasının qiyməti təşkil edir.

 

Вся лента