Bakıda Azərbaycanın və İranın xarici işlər nazirlərinin görüşü keçirildi

16:51 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Bakıda Azərbaycan Respublikasının xairici işlər naziri Elmar Məmmədyarov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşü keçirilib.

XİN-nin rəhbərlərinin ikitərəfli görüşü “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda VII nazirlər konfransı çərçivəsində keçirilib.

Görüşdə nazirlər nəqliyyat layihələrinin gerçəkləşdirilməsinə dair fikir mübadiləsi apardılar, həmçinin,  xarici işlər nazirlərinin Xəzərin statusunun müəyyən edilməsi üzrə Moskvada keçiriləcək görüşünü müzakirə etdilər.

 

Вся лента