Azərbaycan neftinin qiyməti endi

10:14 - 13.06.2019


13 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,78 dollar və yaxud 2,74% düşüb və bir barelinin qiyməti 63,20 dollar təşkil edib.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  2,32 dollar (3,72%) düşərək bir barelə 59,97 dollar təşkil etmişdir.

“Brent” markalı neftin avqust ayına olan fyuçers qiymətləri cümə axşamı günü saat 09:15-də 0,34 dollar (0,51%) bahalaşaraq bir barelə 60,31 dollar təşkil etmişdir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 12-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 2,13 dollar (4%) kəskin azalaraq bir barelə $51,14 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə axşamı günü saat 09:15-də 0,06 dollar (0,12%) yüksələrək 51,20 dollar / barelə təşkil etmişdir.

 

Вся лента