330x110
 

Şahin Mustafayev: Azərbaycan Aİ-yə 15 mlrd. dollar sərmayə yatırıb

13.06.2019,11:44


13 iyun, Fineko/abc.az. İyunun 13-də Bakıda Avropa İttifaqı-Azərbaycan Biznes forumu keçirilir.

Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, indiyədək Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycan iqtisadiyyatına 33 milyard dollar, Azərbaycan Aİ-yə 15 milyard dollar sərmayə yatırıb.

Nazir bildirib ki, hazırda ölkədə Avropa İttifaqına üzv ölkələrin 1600 şirkəti fəaliyyət göstərir. Ötən il Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsinin həcmi 30 % artıb. Azərbaycan Aİ-nin əsas iqtisadi və ticarət tərəfdaşlarındandır.

"Azərbaycan Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşıdır, Aİ-nin regionla ticarət dövriyyəsinin 78%-i Azərbaycanın, Azərbaycanın ticarət dövriyyəsinin 42%-i isə Aİ ölkələrinin payına düşür", - deyə iqtisadiyyat naziri əlavə edib.