Azərbaycan Parlamenti 2018-ci ilin Dövlət Büdcəsini təsdiq etdi

01.12.2017,17:19


1 dekabr, Fineko/abc.az. Bu gün Azərbaycan Parlamenti 2018-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsini təsdiq etdi.

Büdcə gəlirləri, öncəki proqnozla müqayisədə dəyişməmiş və 20,127 milyard manat təşkil etmişdir, xərclər 141,3 milyon manat həcmində artaraq  21,047 milyard manat təşkil etmişdir.

Nəticədə, büdcə  kəsiri ilkin proqnozla müqayisədə 142 milyon manat həcmində,  920 milyon manata qədər artmışdır ki, bu da ölkənin ÜDM-nun 1,3%-ni təşkil edir.

 

Ключевые слова: Dövlət Büdcəsi