Daxili İşlər Nazirliyi açıq tender elan edir

17:28 - 14.06.2019


14 iyun, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə açıq tender elan edir.

Tender 2 lot üzrə keçirilir: Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması; Dəftərxana və təsərrüfat mallarının satın alınması.

Elanda qeyd olunur ki,  iddiaçılar tenderdə iştirak üçün sənədləri  18 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 26 iyul 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Nobel prospekti, Əlahiddə Çevik Polis Alayına təqdim etməlidirlər.

Əlaqələndirici şəxs- Atəş Həsənov. Tel.:(+99412)590-64-74

Вся лента