“AtaBank”-dan ənənəvi Yeni İl kampaniyası

09:54 - 4.12.2017


AtaBank, inanılmaz Yeni İl kampaniyası çərçivəsində, müştərilərinə dəyərli hədiyyələr təklif edir.

“Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində, 04.12.2017– 29.12.2017 tarixləri arasında “AtaBank” ASC-də sığortalı əmanət yerləşdirən müştərilər istədikləri hədiyyəni əldə etmək şansını qazanırlar. 

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələr siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğin dəyərindən aslı olaraq hədiyyə seçimi edirlər.

Belə ki, “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakilardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel  Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və yola saldığımız ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.

Kampaniya şərtləri ilə daha ətraflı şəkildə tanış olmaq üçün 136 məlumat mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

 

Вся лента