96 dövlət əmlakı hərraca çıxardılacaq

14:48 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 16 iyul tarixində keçiriləcək. Budəfəki hərraca ümumilikdə  96 dövlət əmlakı çıxarılıb. Onlardan 38 kiçik dövlət müəssisə və obyekti, 22 səhmdar  cəmiyyəti, 15 qeyri-yaşayış sahəsi, 7 yarımçıq tikili və 14 nəqliyyat vasitəsidir.

Komitədən verilən məlumata görə, hərraca səhmdar cəmiyyətlərdən “Ucar İnşaat Xidmət“, “Şıxlar Broyler”, “Yevlax taxılçı” və digər səhmdar cəmiyyətlərinin 30%-45%-lik dövlətə məxsus səhm paketləri çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin  buraxılış tarixləri 1986-2007 illəri əhatə edir. Qeyd olunur ki, bu kateqoriyadan olan dövlət əmlakları Nissan, Hyundai , Kia və digər markalara aiddir.

 

Вся лента