Azərbaycan 1 mlrd. kilovat/saat elektrik enerjisi ixrac edib

14:50 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsindən bildirilib ki, 2019-cu ilin yanvar-may aylarında ölkədən 1 milyard 210 milyon 691 min kilovat/saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin dəyəri 51 milyon 874 min dollar təşkil edib.

Qeyd edilir ki, keçən ilin eyni aylarında Azərbaycandan 1 milyard 129 milyon 801 min kilovat/saat elektrik enerjisi ixrac edilmiş, həmin ixracın dəyəri isə 53 milyon 328 min dollar olmuşdu.

 

Вся лента