Azərbaycan 4 mlrd. kubmetr təbii qaz ixrac edib

14:51 - 18.06.2019


18 iyun, Fineko/abc.az. 2019-cu ilin ilk 5 ayında Azərbaycandan 4 milyard 903 milyon 337 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar-may aylarında ixrac olunan təbii qazın dəyəri 871 milyon 621 min dollar təşkil edib.

Qeyd edilir ki, keçən ilin eyni dövründə ölkədən 2 milyard 742 milyon 787 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 498 milyon 842 min dollar olmuşdu.

Вся лента