A.Heydərov adına Respublika Hospitalı açıq tender elan edir

14:53 - 18.06.2019


18 iyun, Fineko/abc.az. DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı açıq tender elan edir.

Tender 3 lot üzrə keçirilir:  Dəftərxana ləvazimatlarının satın alınması; Təsərrüfat malları və yuyucu vasitələrin satın alınması; Tibbi tullantıların daşınması xidmətinin satın alınması.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri  22 iyul 2019-cu il saat 15.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 30 iyul 2019-cu il saat 15.00-a qədər təqdim etməlidirlər.

Əlaqələndirici şəxs – Aygün Kərimova. Tel.: (+99412) 5626203.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 36, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı.

 

Вся лента