Rusiya Mərkəzi Bankı kreditlərin yığımı üçün yeni layihə üzərində işləyir

12:08 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Rusiyada ilin ikinci yarısından başlayaraq əhalinin kreditlər üzrə yığımında və pərakəndə kreditləşmənin artımında sürətin azalması pronozlaşdırılır.

Bu Rusiyanın Mərkəzi Bankının "Bank sektorunun və maliyyə bazarlarının likvidliyi: faktlar, hesablamalar, şərhlər" adlı hesabatında qeyd olunub.

Hesabata görə, hazırda Rusiyada verilmiş kreditlərin həcmi həddindən çox yüksəkdir.  Açıqlanmış hesabata əsasən 2018-ci ilin birinci yarısında yığılmış kreditlərin payı təxminən 2% təşkil edib. Bu isə keçən dövrlərlə müqayisədə xeyli aşağı göstəricidir. Mütəxəssislər hesab edir ki, kreditlərin yığımındakı azalma 2019-cu ilin ikinci yarısında davam edəcək.

Məhz bu səbəbdən Rusiya Mərkəzi Bankı kreditlərin həm ödənişində, həm də yığımında yeni mərhələyə keçid layihəsi üzərində çalışır. Bu layihənin tətbiqi ilə Rusiya Mərkəzi Bankı ölkədəki kreditləşmənin keyfiyyətini xeyli yaxşılaşdırmaq istəyir.

 

Вся лента