Prezident İlham Əliyev “BAKU AGROPARK”da görülən işlərlə tanış olub - YENİLƏNDİ

15:30 - 4.12.2017


4 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”da görülən işlərlə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev və sahibkar Səməd Qurbanov dövlət başçısına “Aqropark”da yerinə yetirilən işlər barədə məlumat verdilər.

Qeyd edildi ki, “BAKU AGROPARK” MMC-nin müasir istixana kompleksinin ümumi layihə dəyəri 68 milyon manata yaxındır.

Layihənin birinci mərhələsinin gerçəkləşdirilməsinə 21,7 milyon manat sərmayə qoyulub ki, bunlardan 10 milyon manat İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən verilmiş güzəştli kredit təşkil edib.

Layihənin 24,7 milyon manat  təşkil etdiyi ikinci mərhələsində, 10 hektar sahədə şüşə tipli müasir istixana və 1 hektar sahədə şitilxananın tikilməsi nəzərdə tutulur. 21 milyon manat həcmində dəyərləndirilmiş üçüncü mərhələdə həmçinin 10 hektar sahədə istixana tikilməsi nəzərdə tutulur.

İstehsal olunan məhsullar  əsasən “Tomat.az” brendi ilə  ixrac edilir.

 

 

Вся лента