Bu il tikinti materiallarının istehsalında 5 % artım var

11:01 - 21.06.2019


21 iyun, Fineko/abc.az. 2019-cu ilin ilk 5 ayında ölkədə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 5 % artaraq 325,5 milyon manat olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.

Qeyd edilir ki, tikinti kərpicinin istehsalı 62,5 %, tikinti əhənginin istehsalı 38,2 %, hörmə üçün hazır beton qarışığının istehsalı 24,4 %, sementin istehsalı 3,1 % artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 53 %, tikinti gipsinin istehsalı isə 84,2 % azalıb.

Вся лента