330x110
 

“Nar” Paralimpiya Oyunlarının iştirakçılarına dəstək olacaq

21.06.2019,11:24


21 iyun, Fineko/abc.az. Gənclərə və idmana yönəlik korporativ sosial məsuliyyət (KSM) strategiyasını davam etdirən “Nar”,“Ümid” İdman Klubuna dəstək olacaq. Mobil operator klub üzvlərinin Paralimpiya Oyunlarına lisenziya qazanması üçün Avropa vədünya yarışlarına hazırlaşmasına öz töhfəsini verəcək. Bundan başqa, “Nar” idmançıların 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında  iştirakına da dəstək olacaq. Layihə çərçivəsində klub idmançılarına lazım olan təchizatı və digər xərcləri “Nar” təmin edəcək.

Qeyd edək ki, 2008-ci ildə yaradılan “Ümid” İdman Klubuatletika,üzgüçülük, cüdo və uşaq şahmatı idman növləri üzrə ixtisaslaşıb. Bu müddət ərzində “Ümid” İdman Klubunda ölkə, Avropa və dünya çempionları və Olimpiya Oyunlarının finalçılarıyetişib. Eyni zamanda,klub idmançıları 2012-ci ildən paralimpiya atletika və üzgüçülük növlərində Avropa, Dünya Çempionatlarının və Paralimpiya oyunlarının qızıl,gümüş,bürünc medallarını qazanıblar.

“Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq gənclərə və idmana hər zaman dəstək olur. Əsas məqsəd peşəkar idmanla məşğul olan gənclərin və yeniyetmələrin, eyni zamanda fiziki məhdudiyyətli idmançıların dünya miqayasında Azərbaycanı təmsil etməsinə dəstək olmaqdır.

Ключевые слова: Nar